Siz cizgiləri və binaların layihələrini miqyaslı çap edə bilərsiniz.
Xalçaların hazırlanması üçün şablonu millimetrlik kağızda çap edə bilərsiniz.
Cizgilərin surətini çıxara bilərsiniz.
Sizdə olan cizgiləri kiçildə və ya böyüdə bilərsiniz.
Cizgiləri skan edib elektron formatda saxlaya bilərsiniz.
|
Çap üçün material.
Xerox mühəndis kağızı Xerox Premier ofis kağızı sortu əsasında yaradılıb. Ksenoqrafik texiki analoq və ya rəqəmsal sistemli surətçıxarıcı-çapedici qurğularda iş üçün nəzərdə tutulub. Kağızın mükəmməl keyfiyyəti və qeyri-şəffaflığı çap üçün gözəl şərait yaradır. Xerox mühəndis kağızı bəyazlığı, hamarlığı, həmcins makulaturası, səthinin düzgünlüyü, kağız tozunun az miqdarı və s. kimi yüksək xüsusiyyətləri ilə fərqlənir.
Monoxrom şəkillər, işgüzar qrafika, təqdimat materialları, qısamüddətli reklam lövhələri və elanlar üçün ideal materialdır.
Çap edilən kağızların arxivdə saxlanılma müddəti təxminən 200 ildir (saxlama şəraitindən asılı olaraq).
Avadanlıq.
Xerox 6030 Wide Format – monoxrom genişformatlı sənədlərin çapı, skan edilməsi və surətinin çıxarılması üçün nəzərdə tutulub.
Çap keyfiyyətinin yaxşılaşdırılması üçün unikal rejimlər hətta pis keyfiyyətli əsllərin surətini çıxaran zaman əla nəticələr əldə etməyə imkan verir.
6.4 mikron ölçülü hissəcikləri olan yeni tonerin sayəsində printer mükəmməl çap keyfiyyətinə malikdir.
|