Çap üçün material
Biz çap üçün Xerox firmasının kağızından – ən yaxşı keyfiyyətli çap üçün xüsusilə hazırlanmış və test edilmiş çap materialından istifadə edirik.
Colotech+ Rəngli rəqəmsal çap üçün superkalandrlaşdırılmış tabaşirsiz kağızın bircins strukturu, hamar səthi və yüksək bəyazlıq dərəcəsi vardır.
Colotech+ Gloss Coated Təkmilləşdirilmiş tərkibə malik şəffaf yüksəkparıltılı ikitərəfli örtüyü olan kağız fotoşəkil keyfiyyətli çap və surətçıxarmaya imkan verir və yüksək keyfiyyətli tamrəngli lazer çapı və surətçıxarma üçün məsləhətdir.
Colotech+ Silk Coated 45% -li parıltılı ikitərəfli örtük qeyri-adi zərif reklam materialı yaratmağa imkan verir.
Colotech+ Super Gloss Coated İdeal hamar birtərəfli superparıltılı (90%) örtüyü olan kağız rəqəmsal şəkillər üçün ən yaxşı kağızdır.
Avadanlıq
Xerox DocuColor 6060 - rəqəmsal tamrəngli çap maşını az və orta tirajlı yüksək keyfiyyətli tamrəngli poliqrafiya məhsullarının operativ hazırlanması üçün ideal həlldir. 80-135 q/m2 sıxlığı olan A4 formalı kağızda maksimal çap surəti dəqiqədə 60 nüsxədir.
Xerox DocuColor 250 – çoxfunksiyalı avadanlıq yüksək keyfiyyətli surətçıxarmaya, çap və rəngli skan etməyə imkan verir.
|